“Neftçi”nin braziliyalı hüçumçusu 2 həftəlik sıradan çıxıb

Ağır zədədən sonra müalicəsini davam etdirən “Neftçi”nin yarımmüdafiəçi Elşən Abdullayev noyabrın 24-də fərdi məşqlərə başlayacaq. Allsport.az saytı xəbər verir ki, onun komanda ilə məşqlərə nə vaxt qatılacağı hələ dəqiqləşməyib.

Bu arada hücumçu Jonas Pessalli sıradan çıxıb. O, “Sumqayıt”la oyunda sağ pəncəsindən zədələnib. Braziliyalı futbolçunun 2 həftə yaşıl meydanlardan kənarda qalacağı ehtimal olunur.

Həmin kateqoriyadan