“Neftçi”nin daha 2 rəqibi müəyyənləşib

“Neftçi” klubunun Bakı toplanışı çərçivəsində keçirəcəyi 2 yoxlama oyununda rəqibləri dəqiqləşib. Allsport.az saytı xəbər verir ki, komanda iyulun 15-də saat 11:00-da “Binə”, iyulun 19-da saat 18:00-da isə “Şüvəlan” klubu ilə üz-üzə gələcək.

Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq. “Ag-qaralar” ilk sınaq matçını “Kəpəz”ə qarşı keçirəcək. Sabah saat 18:00-da başlanacaq görüş İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında olacaq.

Həmin kateqoriyadan