- Baxış sayı: 30
- 24 Sentyabr 2026 19:51
- Baxış sayı: 237
- Sentyabr 23, 2026
- 0

Jonas Pesalli avtomobil qəzasında dünyasını dəyişib. Allsport.az saytı xəbər verir ki, hadisə onun vətəni Braziliyada baş verib.
“Neftçi”nin keçmiş futbolçusunun idarə etdiyi “Audi” işıq dirəyinə çırpılıb. 26 yaşlı hücumçu hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər sərnişin isə ağır yaralanıb. İddialara görə, Jonas dostu ilə ad günü tədbirindən qayıdıb.
Onun ölümünü çıxış etdiyi “Parana” klubu da təsdiqləyib. Pesalli ötən mövsüm “Neftçi”dən “Parana”ya transfer olunmuşdu. O, premyer liqada 7 oyuna 1 qol vurmuş və kubok matçında het-trik etmişdi.