“Neftçi”nin müdafiəçisi Gürcüstan seçmə komandasında

“Neftçi”nin müdafiəçisi Georgi Navalovski Gürcüstan milli komandasının düşərgəsinə dəvət olunub.

Allsport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu yoldaşlıq görüşü çərçivəsində Sent Kits və Nevis, dünya çempionatının seçmə mərhələsində isə Moldova yığmalarına qarşı oyunlarda çıxış edə bilər.

İlk adı çəkilən matç iyunun 7-də Tilfisdə, Moldova ilə qarşılaşma ayın 11-də Kişinyovda keçiriləcək.

Həmin kateqoriyadan