“Neftçi”nin “Qəbələ” ilə 39-cu görüşü

“Neftçi” martın 4-də premyer liqanın 18-ci turunda səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Allsport.az saytı xəbər verir ki, oyun saat 15:30-da start götürəcək. Paytaxt klubu eyni adlı şəhərin təmsilçisi ilə indiyədək 38 çempionat oyununda üz-üzə gəlib. Bunlardan 15-də qələbə qazanan “ağ-qaralar” elə bu sayda da yenilib, 8 oyunda heç-heçə qeydə alınıb. Top fərqi isə “Qəbələ”nin xeyrinədir – 48:50.

Bu mövsümün ilk hissəsindəki oyunlara gəlincə, “Neftçi” hər 2 görüşdə meydanı məğlub tərk edib. Qəbələ şəhər stadionunda keçirilmiş oyunun ilk hissəsində qapısından 2 top buraxan “Neftçi” fasilədən sonra bunlardan birinin əvəzini çıxmağı bacarıb, Namiq Ələsgərov fərqlənib – 2:1. Bakıda isə “Neftçi” Emin Mahmudov və Kirilo Petrovun qolları ilə hesabda 2 dəfə önə keçsə də, sonda uduzub – 2:3.

Həmin kateqoriyadan