Nicat Hüseynov 1/2 finalda

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək boksçuların Avropa çempionatında 1/4 finala start verilib. Allsport.az saytı xəbər verir ki, Bu mərhələdə ilk olaraq rinqə Nicat Hüseynov (51 kq) çıxıb.

O, yarımfinala gedən yolda Antonio Payvaya (İrlandiya) 5:0 (30:27, 30:26, 29:28, 30:27, 29:28) qalib gəlib. O, yarımfinala adlamaqla yanaşı, ən azı, bürünc medalı özünə təmin edib.

Boksçumuz final yolunda türkiyəli Məhmedxan Çinarla döyüşəcək. Bu görüş martın 20-də olacaq. 1/4 finalda daha 4 boksçumuz rinqə çıxacaq.

Həmin kateqoriyadan