- Baxış sayı: 26
- 15 İyun 2025 21:38
- Baxış sayı: 124
- İyun 15, 2025
- 0
Yeniyetmə voleybolçuların (qızlar və oğlanlar) Azərbaycan birinciliklərində növbəti oyunların keçiriləcəyi tarixlər bəlli olub.
Allsport.az xəbər verir ki, 24, 25 və 26 mayda U-14 və U-18 komandalarının yarışlarında növbəti oyunlar baş tutacaq. Mayın 25-də 14 yaşadək qız və oğlanların, növbəti gün isə U-18 komandalarının bürünc və qızıl medal uğrunda oyunları, həmçinin qaliblərin mükafatlandırma mərasimi keçiriləcək. Final qarşılaşmaları və mükafatlandırma mərasimləri AVF-nin idman zalında təşkil olunacaq.
U-16 komandalarının oyunları isə 31 may və 1-2 iyunda keçiriləcək. Bu oyunların proqramları ilə bağlı əlavə məlumat veriləcək.
Fevral ayında start götürən birinciliklərdə ümumilikdə 131 komanda (44 oğlan, 87 qız) iştirak edib. Paytaxtla yanaşı, Gəncə, Naxçıvan, Tovuz və Goranboy şəhərlərində keçirilən qrup oyunlarından sonra növbəti mərhələyə 64 komanda (24 oğlan, 40 qız) vəsiqə qazanıb.