Növbəti görüş üçün heyətlər məlumdur

Fevralın 15-də Amerika Birləşmiş Ştatlarının Mayami şəhərində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun görüşü keçiriləcək. Allsport.az xəbər verir ki, ölkəmizi bu yarışda təmsil edən “Baku Fires” klubu ABŞ-ın USA “Knockouts” komandasının qonağı olacaq.

Komandaların heyətləri artıq məlumdur:

USA “Knockouts” – “Baku Fires”
49 kq. Niko Hernandes – Məhəmməd İbiyev
56 kq. Fransisko Martines – Tural Əhmədov
64 kq. Tirek İrbi – Heybətulla Hacəliyev
75 kq. Entoni Kempbell – Nikolay Veselov
91 kq. Coşua Templ – Abdulqadir Abdullayev

Mayamidə komandamızın heyətində daha bir boksçu debüt edəcək. Bu Azərbaycan kubokunun sahibi Tural Əhmədovdur. Onu rəqibi cari mövsümdə iki qələbə qazanan Martines olacaq.

Amerika komandasının 91 kq çəki dərəcəsindəki boksçusu Coşua Templ də güclü boksçu sayılır. Bu mövsüm aktivində iki qələbəsi olan Templ 2010-cu ildə Sinqapurda yeniyetmələrin Olimpiya oyunlarında da iştirak edib.

Qeyd edək ki, ABŞ klubu 4 turdan sonra 3 qələbə qazanıb. Amerikalılar yalnız 4-cü turda səfərdə “Astana Arlans”a 0:5 hesabı ilə uduzublar.

Komandamızın heyətində Heybətulla Hacəliyev 3-cü qalibiyyətini əldə etməyə çalışacaq.

Bu həftə B qrupunda “Rafako Hussars Poland” “İtalia Thunder”i, “Astana Arlans” “Puerto Rico Hurricanes”i, “Caciques Venezuela” isə “Argentina Condors”u qəbul edəcək.

Turnir cədvəli
1. “Astana Arlans” – 12 xal (döyüşlərin nəticələri 16-4)
2. USA “Knockouts” – 9 (10-10)
3. “Baku Fires” – 8 (13-7)
4. “Puerto Riko Hurricanes” – 8 (12-8)
5. “İtalia Thunder” – 6 (8-10)
6. “Rafako Hussars Poland” – 5 (8-12)
7. “Venezuela Caciquez” – 4 (6-14)
8. “Argentina Condors” – 1 (5-13)

Cari çempionatda mübarizənin gərgin keçəcəyinə dəlalət edən səbəblərdən biri də Olimpiya oyunlarına lisenziyaların verilməsidir. WSB liqasından 17 boksçu mövsümün sonunda Rio Olimpiadasına vəsiqə qazanacaq. 49, 91 və +91 kq çəki dərəcələrində 1 idmançı, digər çəkilərdə isə 2 boksçu planetin ən böyük yarışına lisenziya əldə edəcək.

Həmin kateqoriyadan