Nuripaşa Talıbov: Hesab bizə vacibdir

«Sabahkı görüşdə də çoxlu tamaşaçı olmasını istərdim. Anşlaq, fasiləsiz azarkeş dəstəyi boksçulara əlavə güc verir. Qrupda vəziyyətimiz yaxşıdır. Ümidvaram ki, komandamız doğma divarlar arasında «Caciques Venezuela»nı məğlub edəcək».

Allsport.az saytının məlumatına görə, bunu Quba Olimpiya Kompleksində WSB-nin 9-cu turuna həsr olunmuş mətbuat konfransında «Baku Fires» klubunun baş məşqçisi Nuripaşa Talıbov dedi. Onun sözünə görə, rəqibdən asılı olmayaraq heyətdə bütün boksçulara güvənir:

«Venesuela kollektivinə qarşı 2-ci heyət çıxacaq. Hesab bizə vacibdir. Bəli, hər 2 tərəf 5:0 qalib gəlməyi istər. «Baku Fires»in qrupda durumu yaxşı olduğundan, indi hədəfimiz boksçuların öz çəkilərində yüksək yerlər tutmasıdır. Yalnız belə olan halda, Rio Olimpiadasına lisenziya qazana bilərik».

Xatırladaq ki, martın 14-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 9-cu turunun görüşündə «Baku Fires» klubu «Caciques Venezuela» qarşılaşacaq.

Həmin kateqoriyadan