- Baxış sayı: 29
- 07 May 2024 17:00
- Baxış sayı: 67
- May 06, 2024
- 0
“Zirə”nin futbolçusu Nurlan Novruzov Azərbaycan çempionatlarında 25-ci dəfə fərqlənib. Allsport.az saytı xəbər verir ki, hücumçunun yubiley qolu premyer liqanın 16-cı turuna təsadüf edib. “Kəpəz”lə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan forvard mövsümdə 1-ci, karyerasında 25-ci çempionat qoluna imza atıb.
Nurlan buna 114-cü matçında nail olub. “Qartallar”da 39 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan futbolçu daha iki komandada çıxış edib. “Bakı”da 60 matçda 20, “Sumqayıt”da isə 15 görüşdə 1 dəfə fərqlənib.
O, 25 qol vuran 106-cı futbolçu olub. Nurlan bombardirlər siyahısında ilk “100-lüy”ün son sıralarına – 97-106-cı yerlərə şərik olan 10 futbolçudan biridir. Xatırladaq ki, Nurlan ilk qolunu 2011/12 mövsümündə vurub. O, 19-cu turun 2012-ci il martın 7-də keçirilən “Neftçi” ilə ev oyununun (1:3) 87-ci dəqiqəsində fərqlənib.