NZS Robert Prosineçkiyə deyil, yerli mütəxəssisə üstünlük verdi

NZS Robert Prosineçkiyə deyil, yerli mütəxəssisə üstünlük verdi
Sloveniya millisində yeni baş məşqçinin adına rəsmən aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, “ay-ulduzlular”ımızın keçmiş çalışdırıcısı Robert Prosineçkinin də talib olduğu bu vəzifəyə yerli mütəxəssis gətirilib.
Sloveniya Futbol İttifaqının qərarına əsasən, komanda Tomaj Kavçiçə tapşırılıb. 64 yaşlı mütəxəssislə AÇ-2020-nin seçmə mərhələsinin sonuna qədər müqavilə imzalanıb.

Həmin kateqoriyadan