Odlar yurdunun ən güclü boksçuları

Kişi boksçuların ölkə çempionatı başa çatıb. Allsport.az saytının məlumatına görə, müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 29 komandanın 109 boksçusu qüvvəsini sınayıb. 6 gün davam edən turnirdə 8 çəki üzrə mükafatçılar müəyyənləşib.

Boks mərkəzində təşkil olunan çempionatda bu gün final görüşləri keçirilib. Həlledici döyüşlərdə qalib gələn Maqsud Xasmetov (52 kq), Ümid Rüstəmov (57 kq), Cavid Çələbiyev (63 kq), Sərxan Əliyev (69 kq), Amin Kuşkov (75 kq), Cəbrayıl Yelekov (81 kq), Rauf Rəhimov (91 kq) və Asəf Aslanlı (+91 kq) çempion tituluna sahib olublar.

Dünya çempionu Cavid Çələbiyev birinciliyin ən yaxşı boksçusu nominasiyasında xüsusi diplomla təltif edilib. Ümid Rüstəmov ən texnikalı, Maqsud Xasmetov ən gənc boksçu adına sahib olub.

Həmin kateqoriyadan