Olimpiya çempionu Bakıda

Paris-2024 yay olimpiya oyunlarının çempionu Ləzizbəy Mollacanov (92 kq) Bakıya gəlib.

Allsport.az xəbər verir ki, pzbəkistanlı boksçu Azərbaycanda təlim-məşq toplanışı keçəcək.

Onun 30 günlük məşq prosesində məqsəd paytaxtda təşkil olunacaq “Böyük İpək Yolu” beynəlxalq turnirinə hazırlıqdır.

Olimpiya çempionu ağır çəkili boksçular Alfonso Dominqes (92 kq) və Məhəmməd Abdullayevlə (+92 kq) birgə məşq edəcək. Bu onların turnirə yaxşı hazırlaşması üçün faydalı olacaq.

Mollacanovu Heydər Əliyev beynəlxalq hava limanında Parisdəki olimpiadanın finalındakı rəqibi Alfonso Dominqes qarşılayıb.

Həmin kateqoriyadan