Olimpiya mükafatçımız mübarizəyə qoşulur

Serbiyanın paytaxtı Belqradda kişi boksçular arasında dünya çempionatı davam edir. 

Allsport.az xəbər verir ki, bu gün Azərbaycan millisinin daha 2 üzvü mundialda ilk görüşünü keçirəcək.

Tayfur Əliyev (60 kq) Çarles Petit-Homm (Haiti), Tokio 2020-nin bürünc mükafatçısı Alfonso Dominges (86 kq) Tavfiqulla Süleymani ilə üz-üzə gələcək. Əliyev 1/32, Dominges 1/16 final çərçivəsində döyüşəcək. 

Azərbaycan yığması mundiala 9 boksçu ilə yollanıb. İlk 2 gündə mübarizəyə qoşulan təmsilçilərimizdən Məsud Yusifzadə (51 kq) və Malik Həsənov (63,5 kq) görüşlərini qələbə ilə başa vuraraq növbəti mərhələyə yüksəliblər. Ümid Rüstəmov (57 kq) ilə Rauf Rəhimov (92 kq) isə məğlub olaraq yarışla vidalaşıblar.

105 ölkədən 650 boksçunun iştirak etdiyi dünya çempionatına noyabrın 6-da yekun vurulacaq.

Həmin kateqoriyadan