Ölkə çempionu Antalyada 9-cu günü tək məşqlə tamamlayıb

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışının 9-cu günündə bir məşqlə kifayətlənib. Allsport.az saytı xəbər verir ki, yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 18:00) start götürən hazırlıq təxminən 90 dəqiqə davam edib. Futbolçularımız isinmə hərəkətlərin ardından fiziki təmrin və toplu çalışmalarla kifayətlənib.

Bir neçə gündür, fərdi məşq edən Elşən Abdullayev bu gün komandayla çalışmalara qoşulub. Reynaldo Silva isə fizioterapivt nəzarəti altında məşqlərini davam etdirib. Digər zədəli futbolçumuz Coşqun Diniyev isə məşqdə iştirak etməyib.

 

 

Həmin kateqoriyadan