“Qarabağ” qalib gəldi, Kanalesin dublu “Neftçi”ni finala yaxınlaşdırdı

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Allsport.az xəbər verir ki, mübarizəni davam etdirən 4 komanda 2 cütdə münasibətlərini aydınlaşdırıb.

Bu cütlərdən biri indiyədək kubokda üz-üzə gəlməmişdi. Bunlar “Qarabağ”la “Simurq” idi. Bölgə klublarının ilk duelində Ağdam klubu qələbə qazanıb.

Digər yarımfinal görüşündə isə iki paytaxt klubu – “Neftçi” ilə “İnter” qarşılaşıb. Bu klubların yolları 7-ci dəfə kəsişir. İndiyədək 3 dəfə yarımfinal, 3 dəfə 1/4 finalda qarşılaşan paytaxt təmsilçiləri hərəsi 3 dəfə mərhələ adlamışdı.

Bu dəfə isə “ağ-qaralar” finala çıxmağa yaxın görünürlər. Çünki Arif Əsədovun komandası ilk görüşdən iki cavabsız qolla qalib ayrıldı və cavab görüşündə bu üstünlüyü əldən verəcəkləri inandırıcı görünmür.

Azərbaycan Kuboku
Yarımfinal (ilk oyunlar)
13 aprel

“Qarabağ” – “Simurq” – 1:0 (1:0)
Qol: C.Tağıyev, 15 (1:0).
Bakı. “İnter Arena”.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 7. Namiq Yusifov, 9. Reynaldo, 11. Danilo Dias, 14. Rəşad Sadıqov (k), 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 24. Admir Teli, 77. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 3. Tərlan Quliyev, 6. Hacı Əhmədov, 10. Muarem Muarem, 21. Tural Rzayev, 25. Ansi Aqolli, 41. Leroy Corc.
Baş məşqçi: Qurban Qurbanov.
“Simurq”: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Xuan Alberto, 6. Samir Zərgərov, 10. Rəşad Eyubov, 11. Draqan Çeran, 14. Vüqar Mustafayev, 18. Tural Axundov, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 7. Elnur Abdullayev, 8. Patrik Osiako, 13. Əli Göydəmir, 15. Stepan Polyak, 22. Cihan Özkara.
Baş məşqçi: Georgi Çixradze.

“Neftçi” – “İnter” – 2:0 (1:0)
Qollar: N.Kanales, 19 (1:0). N.Kanales, 71 (2:0).
Bakı. “Bakcell Arena”.

“Neftçi”: 1. Aqil Məmmədov, 2. Karlos Kardozo, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 10. Julius Vobay, 11. Nikolas Kanales, 18. Kaue da Silva, 16. Əziz Quliyev, 19. Mirhüseyn Seyidov (k), 21. Samir Məsimov, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 30. Saşa Stamenkoviç, 3. Denis Silva Kruz, 4. Rahil Məmmədov, 8. Elşən Abdullayev, 17. Rəhman Hacıyev, 20. Fəhmin Muradbəyli, 95. Elvin Bədəlov.
Baş məşqçi: Arif Əsədov.
“İnter”: 25. Səlahət Ağayev (k), 8. Mikel Alvaro, 10. Elvin Məmmədov, 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 19. Sezar Meza Kolli, 21. Arif Daşdəmirov, 23. Voyislav Stankoviç, 28. Baçana Sxadadze, 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev.
Ehtiyat oyunçular: 99. Eyyub Əliyev, 4. İvan Benites, 22. Əfran İsmayılov, 24. Fuad Bayramov, 33. Matiya Şpiçiç, 80. Nizami Hacıyev, 82. Ruben Şaken.
Baş məşqçi: Kaxaber Sxadadze.

Həmin kateqoriyadan