Onananı kim əvəz edəcək?

Andre Onana “Mançester Yunayted”in qapısında inamlı çıxış etmir və şaiyələrə əsasən, klub yeni qapıçı ilə müqavilə imzalamağı düşünür.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın qısa siyahısında “Portu”dan Dioqo Kosta yer alıb.

Daha əvvəl 24 yaşlı Kosta ilə “Mançester Yunayted” arasında danışıqlar olub, lakin tərəflər razılıq əldə edə bilməyib. “Transfermarkt” portalının mütəxəssisləri qapıçını 45 milyon avroya qiymətləndirir.

Həmin kateqoriyadan