- Baxış sayı: 42
- 07 Oktyabr 2026 22:41
- Baxış sayı: 43
- Oktyabr 07, 2026
- 0

Argentina millisinin baş məşqçisi Lionel Skaloni Lionel Messinin yığmadakı karyerasını başa vurmasına münasibət bildirib.
Allsport.az xəbər verir ki, mütəxəssis Beninlə 3:0 hesabı ilə başa çatan vida oyunundan sonra Messi barədə danışıb:
“Bu, çox emosional və eyni zamanda kədərli gün idi. Çünki o, artıq bu formanı geyinməyəcək. Bizə verdiyi hər şeyə görə ona sonsuz təşəkkür edirik.
Messini çalışdırmaq mənim üçün xəyal idi. Tarixin ən yaxşı futbolçusuna baş məşqçilik edəcəyimi heç vaxt təsəvvür etməzdim. Onun yoxluğu bizim üçün asan olmayacaq. Argentina millisi yoluna davam edəcək, amma Messi əvəzolunmaz futbolçudur.
Komandanı nə qədər yeniləsək də, yeni istedadlı oyunçularımız olsa da, onun yaratdığı hissi bir daha yaşamaq mümkün olmayacaq. Həyatımda heç kimdə belə bir aura görməmişəm. Onun kimisi bir daha olmayacaq”.
Messi Beninlə görüşdə 1 qol vurub və 2 məhsuldar ötürmə edib.