“Onun üçün hər şeyi etdik”

“Onun üçün hər şeyi etdik”

“Barselona” yay transfer dönəmində “İnter”dən Lautaro Martinesi transfer etmək istəyib.

Allsport.az xəbər verir ki, bu barədə klubun prezidenti Xoan Laporta deyib.

O, Martines üçün bütün variantları yoxladıqlarını, ancaq “İnter”in hücumçunu buraxmadığını bildirib:

“Martines üçün hər şeyi etdik, amma klubu buraxmadı. “İnter”ə və ona hörmətlə yanaşıram”.

Martines bu mövsüm “A” seriyasında 4 oyunda 4 qol vurub.

Həmin kateqoriyadan