“Özlüyümdə fikirləşmirdim ki, uduza bilərəm”

Allsport.az saytı xəbər verir ki, böyük britaniyalı boksçu Entoni Coşua karyerasında onun üçün ən ağrılı məğlubiyyətin hansı olduğunu açıqlayıb:

“Usiklə 2-ci döyüş. Aleksandra hörmət edirəm, amma ağrılı idi. Mən zəif performans göstərdim. Özlüyümdə fikirləşmirdim ki, uduza bilərəm”.

Entoni Coşuanın peşəkar boksda 28 döyüşü var, 25 qələbə və 3 məğlubiyyət var. Sabah, avqustun 12-də Londonda keçiriləcək turnirdə britaniyalı fin Robert Heleniusla döyüşəcək.

Həmin kateqoriyadan