“Özümü yaxşı hiss edirəm”

“Özümü yaxşı hiss edirəm. Çünki istədiyim kimi oynaya bildim. 2-ci hissədə görüşü bitirməyə çox yaxın idim. Amma set daha əsəbi keçdi. Çünki bu, ilk olimpiadamdır. Lakin matçı uğurla bitirə bildim”.

Allsport.az saytı xəbər verir ki, bunu badmintonçumuz Edi Reski Dviçayo deyib. Legionçu Tokio-2020-də keçirdiyi ilk qarşılaşmada vyetnamlı Tien Min Nquenə qalib gəlib. O, debütü barədə təəssüratını bölüşüb:

“Hücum üslubunda oynayıram. Belə çıxış etməkdən həmişə xoşum gəlib. Badmintonçu kimi yetişdiyim vaxtlarda kumirim Li Çonq Vey olub. Onun üslubu, hərəkətləri və ayaqla necə işləməsi xoşuma gəlirdi”.

Həmin kateqoriyadan