- Baxış sayı: 38
- 19 İyun 2026 20:30
- Baxış sayı: 65
- İyun 19, 2026
- 0

Allsport.az xəbər verir ki, “Osasuna”nın baş məşqçisi Haqoba Arrasate, İspaniya super kubokunun yarımfinalında “Barselona” ilə oyununda (0:2) hakimlikdən şikayətlənib.
“Arnaizin epizodunda qeydə alınmamış cərimədən sonra özümüzə qarşı haqsızlıq hiss edirik, çünki oyun boyu hakimlik kriteriyaları fərqli idi. Qayda pozuntusu göz qabağında idi. Bu, həlledici an idi.
Kriteriyalar fərqli idi, ona görə şikayət etdik. Bəzi hakimlər daha çox oyuna icazə verir, bəziləri isə daha az. Bu yaxşıdır. Amma bu gün hər şey fərqli idi: söhbət bəzi faulların verildiyi, bəzilərinin isə verilməməyilə bağlı idi”.