Peşəkar ulduz boksçular İlham Əliyevə və xanımına WBC çempion kəməri hədiyyə ediblər

Ölkə başçısı İlham Əliyev Ümumdünya Boks Şurasının Bakıda keçirilən 55-ci konvensiyasının nümayəndə heyətini qəbul edib.

Allsport.az saytı xəbər verir ki, görüşdə ali qurumun rəhbəri Maurisio Süleymanın başçılığı ilə Avropa Boks İttifaqının, Şimali Amerika Boks Federasiyasının, Britaniya Boks Nəzarəti Şurasının prezidentləri, WBC versiyası üzrə keçmiş dünya çempionları amerikalılar Evander Holifild, Bernard Hopkins, rusiyalılar Kostya Tszyu, Yuri Arbaçakov, Qırğızıstan doğumlu ukraynalı Vitali Kliçko, italiyalı Nino Benvenuti, meksikalı Karlos Sarate, qanalı Azuma Nelson, Bernard Hopkins və WBC versiyası üzrə hazırkı dünya çempionu, serbəsilli kanadalı Yelena Mrcenoviç iştirak ediblər.

Boks idmanına verdikləri dəstəyə görə prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya xatirə hədiyyəsi olaraq, WBC çempion kəmərləri təqdim edilib. Sonda xatirə şəkilləri çəkdirilib.

Həmin kateqoriyadan