Petr Çex: Azərbaycanla görüşdə millimiz çətinlik çəkdi

Çex Respublikasının qapıçısı Petr Çex ötən sikldə millidə karyerasını başa vurmasına baxmayaraq, diqqəti yenə bu komandadadır. Allsport.az saytı xəbər verir ki, ölkə mətbuatına açıqlama verən qapıçı, yığmanın oyunlarına televizordan baxmağın ona qəribə gəldiyini deyib.
“Arsenal”ın qolkiperi DÇ-2018-in təsnifatından danışarkən, “ay-ulduzlular”ımızla ilk matça da toxunub: “Uşaqlar seçmə mərhələdə Şimali İrlandiya və Azərbaycanla görüşlərdə çətinlik çəkdilər. Hər iki komanda ilə ev oyununda qeydə alınan heç-heçələr bunu təsdiqləyir”.

 

Həmin kateqoriyadan