- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Keşlə” klubu Peşəkar Futbol Liqasına müraciət edib. Allsport.az saytı xəbər verir ki, paytaxt klubu ev oyunlarını keçirdiyi “İnter Arena”da dövlət əhəmiyyətli tədbirin təşkilini əsas tutaraq 19-cu turun matçının yerinin dəyişdirilməsini istəyib.
PFL “Keşlə” klubunun müraciətini və “Neftçi”nin razılıq məktubunu nəzərə alıb, aşağıdakı qərarları qəbul edib: Premyer liqanın 19-cu turunun “Keşlə” – “Neftçi” matçı 9 mart 2018-ci il tarixdə “8-ci km” stadionunda keçirilsin.
19-cu turda meydan sahibi “Neftçi” klubu, hər iki klubun iştirakı ilə dördüncü dövrənin matçında meydan sahibi kimi “Keşlə” klubu təsdiq edilsin.