PFL Qurban Qurbanovu izləmək üçün özəl «casus» foto-müxbir ayırıb

Son zamanlar PFL-in rəsmi saytında «Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun qol vurularkən məyus olduğu, futbolçuların gözəl fürsəti qaçıran məqamlarda təəssüf doğurduğu fotoları geniş yer alıb.

Allsport.az saytı xəbər verir ki, srağagün «Fairmont» mehmanxanasında komanda.az saytının təşkil etdiyi «İlin ən yaxşı məşqçi» ilə bağlı tədbirdə, adı çəkilən qurumun mətbuat katibi Aslan Şahgəldiyev səbəbkara bu məsələnin izahını verib.

Onun sözünə görə, PFL bir foto-müxbirini məhz Qurban Qurbanovu çəkmək üçün təhkim edib. Obyektivə onun müxtəlif gərgin vəziyyətdə düşməsi vacibdir. Bu gün keçirilən «Qarabağ» – «İnter» matçı istisna olmayıb. Pfl.az-da həmin matçla bağlı yerləşdirilən fotosessiyada gənc mütəxəssisin məyus anı da yer alıb.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin son turunda ölkə çempionunun evdə «Fiorentina»ya 1:2 hesabı ilə uduzaraq, 1/16 finala çıxmaq imkanını qaçırmışdı. Bu qarşılaşmada italiyalılar yenidən hesabda önə çıxarkən, Qurban Qurbanov üzüntü anı PFL-in kadrına düşmüşdü. Həmin foto sosial şəbəkələrdə geniş müzakirəyə çıxmışdı.

Həmin kateqoriyadan