- Baxış sayı: 51
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qalatasaray”, “Yuventus” və “İnter”in sabiq yarımmüdafiəçisi Felipe Melo karyerasını bitirmək qərarına gəlib.
Allsport.az xəbər verir ki, 41 yaşlı futbolçu sosial şəbəkələrdəki videoların birində bu haqda danışıb.
“Pitbul” ləqəbli futbolçu vurğulayıb ki, indiki klubu “Fluminense”nin də çıxış edəcəyi klublararası dünya çempionatından sonra futbolla vidalaşacaq. Turnir gələn ilin yayında ABŞ-da keçiriləcək.