- Baxış sayı: 35
- 28 Sentyabr 2026 23:57
- Baxış sayı: 116
- Sentyabr 26, 2026
- 0

Norveç millisinin baş məşqçisi Stol Solbakken millətlər liqasında Portuqaliyaya uduzduqları oyunu şərh edib.
Allsport.az xəbər verir ki, mütəxəssis 1:2 hesabıyla bitən görüşlə bağlı bunları söyləyib:
“Portuqaliyadan daha yaxşı oynadıq və azı bir xala layiq idik. Oyunboyu üstün oynamağımıza baxmayaraq, şanslarımızı dəyərləndirə bilmədik. Bəzən futbolda belə hallar olur.
Hesabı bərabərləşdirdikdən sonra ciddi səhv etdik və rəqib fərqləndi. Nə qədər çalışsaq da, qol vura bilmədik və yekunda uduzduq. Oyunumuzdan razıyam. Səfər görüşü bundan da çətin keçəcək. Amma inanıram ki, orada yaxşı nəticə əldə edə biləcəyik”.
Norveç iki turdan sonra 3 xalla ikinci sıradadır. Portuqaliya isə 6 xalla liderdir.