Premyer liqanın “Sabah”ı

Bu gün AFFA-nın lisenziya komissiyasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda yeni mövsümündə UEFA-nın klub turnirlərində və premyer liqada iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb. AFFA qaydaların (Buraxılış 2017) 8-ci maddəsinə əsaslanmış müzakirədən sonra qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Qarabağ”, “Qəbələ”, “Neftci”, “Sumqayıt”, “Zirə”

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı kluba lisenziya verilməsin:
“Kəpəz”

3. Premyer liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
“Keşlə”, “Kəpəz”, “Sabah”, “Səbail”

5. Premyer liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
“Binə”, “Xəzər”, “Mil-Muğan”, MOİK, “Turan Tovuz”, “Qaradağ-Lökbatan”, “Şüvəlan”, “Zaqatala”.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın lisenziyalaşdırma üzrə apellyasiya komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd: UEFA-nın klubların lisenziyalaşdırılması və maliyyə fair-play qaydalarında əks olunmuş tələbə əsasən, UEFA-nın klub yarışlarında iştirak edən klublar müvafiq lisenziya əldə etməlidir. UEFA lisenziyasının alınması üçün klublar qaydalarda göstərilmiş bütün mütləq meyarlara cavab verməlidi. Qaydalardan biri “3 illik üzvlük qaydası” adlanır. Həmin qaydaya əsasən, lisenziya iddiaçısı lisenziyalaşdırma mövsümünün əvvəlində ən azı ardıcıl 3 il ərzində fəaliyyət göstərməli və daxili yarışlarda iştirak etməlidi. Məlum olduğu kimi, “Keşlə” klubu “İnter”in davamçısı qismində Topaz premyer liqada iştirak edir. AFFA bu məsələ ilə bağlı “Keşlə”yə istisna yanaşmanın tətbiq olunması ilə bağlı UEFA-ya müraciət edib. UEFA müraciətin baxılması üçün prosesə başlayaraq həm AFFA, həm də “Keşlə” tərəfindən müvafiq sənədlərin toplanmasını və vaxtında UEFA-ya təqdim olunmasını tələb etmişdi. Hazırda UEFA təqdim olunmuş sənədlərin araşdırılması ilə məşğuldur və yaxın zamanda rəsmi cavabı AFFA-ya ünvanlayacaq. Bunu nəzərə alaraq, “Keşlə”yə lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar yaxın günlərdə qəbul olunacaq.

Qeyd-2: 1. “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydaları”n (Buraxılış 2017) 13-cü maddəsinə müvafiq olaraq, 2018-2019-cu il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan premyer liqasında iştirak etmək üçün lisenziya almış olurlar.

Həmin kateqoriyadan