Püşkatma mərasiminin vaxtı dəyişdirildi

19 yaşadək futzalçılar arasında təşkil edilən sayca 2-ci Avropa çempionatının püşkatma mərasiminin vaxtı dəyişdirilib. Allsport.az xəbər verir ki, UEFA əvvəlcə tədbirin iyulun 7-də baş tutacağını açıqlasa da, həmin gün çempionlar liqasınin ilkin mərhələsində mübarizə aparacaq komandalar rəqiblərini tanıyıb.

Qitənin ali futbol qurumu U-19-ların püşkatmasını avqustun 30-na təyin edib. Beləliklə 19 yaşadək futzalçılardan ibarət millimizin rəqibləri avqustun 30-da müəyyənləşəcək. Bu turnirin ilkin mərhələsi bu il noyabrın 2-7-də keçiriləcək.

Əsas mərhələnin qarşılaşmaları gələn il martın 15-20-də, həlledici görüşləri isə sentyabrın 3-10-da baş tutacaq. Final mərhələsinə İspaniya ev sahibliyi edəcək.

Həmin kateqoriyadan