“Qəbələ” Avstriyada ilk sınaq matçını “Fulpmes”ə qarşı keçirəcək

“Qəbələ” yeni mövsümünün hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, iyunun 7-dən Avstriyada olan “qırmızı-qaralar” məşqlərini Tirol bölgəsində İnnsburk şəhəri yaxınlığındakı Fulpmes qəsəbəsində gerçəkləşdirir.

Roman Qriqorçukun baş məşqçisi olduğu komanda gündə iki hazırlıq keçir. Günün ilk yarısında fitness – zalda fiziki hazırlıq üzrə çalışmalara üstünlük verilir. İkinci məşq isə meydançada toplu çalışmalardan ibarət olur. 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının toplanışından dönən Qismət Alıyev və Yusif Nəbiyev də artıq “qırmızı-qaralar”ın məşqlərinə qoşulub.

DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə qarşılaşan əsas yığmanın düşərgəsində olan futbolçular isə komandamızın hazırlıqlarına iyunun 15-də qatılacaqlar. Xatırladaq ki, “Qəbələ” Avstriyada ilk yoxlama oyununu iyunun 12-də yerli “Fulpmes”ə qarşı keçirəcək.

Həmin kateqoriyadan