«Qəbələ» boksçularından 3 medal

Rusiyanın Beloyarski şəhərində Sibirdə nefti kəşf edən həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft ölkələrinin dünya kuboku çıxış edən Azərbaycan millisinin heyətində “Qəbələ”nin boksçusu 3 yer alıb.

Allsport.az saytı xəbər verir ki, bu idman klubunun üzvlərin hər üçü mükafatçılar sırasına yüksəlib. Kamran Şahsuvarlı (75 kq) gümüş mükafata yiyələnib. O, yalnız həlledici görüşdə rusiyalı Andrey Kovalçuka uduzub.

91 kq çəkidə çıxış edən Rahil Məmmədli də Vətənə gümüş medalla dönüb. “Qəbələ”nin boksçusu finalda litvalı Tadas Tamaşauskasa məğlub olub. Asəf Aslanlı (+91kq) yarımfinaladək irəliləməyi bacarıb. Nəticədə, o, bürünc medalla kifayətlənib.

Həmin kateqoriyadan