“Qəbələ” evdə “Qarabağ”a qalib gəlib

Bu gün Premyer Liqada 7-ci tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə lider “Qəbələ” doğma meydanda son illərin dəyişməz çempionu “Qarabağ” klubunu qəbul edib. Azərbaycanı Avropa Liqasının qrup mərhələsində təmsil edən bu 2 komandamızın öz aralarındakı mübarizəsi böyük maraqla gözlənilib.

Görüşün taleyini 2 erkən qol həll edib. Avroliqanın qrup mərhələsində İtaliyada “Fiorentina”ya 1:5 hesablı məğlubiyyətin üzüntüsündən ayılmayan “ağlar”, bu matça da pis başlayıb. Nəticədə, “Qəbələ” matçın əvvəlində vurduğu qollarla inamlı qələbəyə sevinib – 2:0.

Həmin kateqoriyadan