- Baxış sayı: 51
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qəbələ” cari mövsümünün 2-ci yarısının hazırlığını Antalyada davam etdirir. Allsport.az saytı xəbər verir ki, “Ağhasar Bələdiyyəspor”la yanvarın 10-da keçirilən yoxlama oyunundan (1:1) sonra 1-günlük istirahət edən “qırmızı-qaralar” məşqlərini bərpa edib.
Heyət toplanışın 8-ci gününü iki məşqlə başa vurub. Günün ilk yarısında fitnes zalında çalışan futbolçular fiziki hazırlıq keçib. Axşam məşqini meydanda gerçəkləşdirən Roman Qriqorçukun komandası toplu çalışmalara üstünlük veriblər.