“Qəbələ” və AVIS arasında müqavilə yenilənib

“Qəbələ” klubu ilə AVIS Azərbaycan şirkəti arasında əməkdaşlıq müqaviləsi yenilənib. Allsport.az saytı xəbər verir ki, müqaviləyə əsasən, AVIS “qırmızı-qaralar”i daha 1 il  nəqliyyat vasitələri ilə təmin edəcək.
AVIS reklamları “Qəbələ”nin ev oyunlarının keçirildiyi meydançanın ətrafındakı reklam lövhələrində, oyun sonrası mətbuat konfranslarında arxa fon lövhəsində və klubun rəsmi saytında yerləşdiriləcək.
Bundan əlavə, hər iki qurum keçirəcəkləri sosial məsuliyyət və ya marketinq kampaniyalarında bir-birilərini dəstəkləyəcək və birgə fəaliyyət göstərəcəklər.

Həmin kateqoriyadan