Qəbələdə atıcıların qran-pri yarışına start verilib

Qəbələ rayonunda Heydər Əliyevin xatirəsinə həsr edilən olimpiya atıcılıq növləri üzrə beynəlxalq mükafat yarışına start verilib. Allsport.az saytı xəbər verir ki, Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən beynəlxalq yarışda 9 ölkədən 73 idmançı mükafatlar uğrunda mübarizə aparır.

Bu turnir Avropa və dünya çempionatından sonra ən mühüm yarışlar sırasındadır. “Qəbələ” atıcılıq klubunun təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilən qran-pri mayın 16-dək davam edəcək.

Turnirdə ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-ni təmsil edən idmançılar yarışırlar. Azərbaycanı bu mötəbər turnirdə 26 idmançı təmsil edir. Qran-pridə Rio-2016-ya lisenziya qazanmış dünyanın tanınmış idmançıları da iştirak edirlər.

Həmin kateqoriyadan