Qəbələdə keçirilən mükafat yarışında hər 3 əyarlı medal gənc atıcılarımıza qismət oldu

Qəbələdə ulu öndər Heydər Əliyevin xatirəsinə olimpiya atıcılıq növləri üzrə 3-cü beynəlxalq qran-pri davam edir. Allsport.az saytı xəbər verir ki, Bum qəsəbəsində stend və ox atıcılığı kompleksində 9 ölkədən 73 idmançının iştirakı ilə keçirilən yarışda kişilər arasında qoşa səngər stend atıcılığı üzrə yarışlar başa çatıb. Mayın 10-da keçirilən finalda Rusiya idmançıları Vasili Mosin 27 xalla 1-ci və Kiril Fokeev 26 xalla 2-ci, Birləşmiş Ərəb Əmirliyinin atıcısı Xalid Alkabe 25 xalla 3-cü yeri tutub.

Gənclərin yarışında isə qızıl, gümüş və bürünc medalları Azərbaycan idmançıları qazanıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışda Əlimirzə Quliyev, İsmət Sərkərov və Mirmömin Ağazadə müvafiq olaraq ilk üçlüyü tutblar.

İdmançılara medalları Azərbaycan Atıcılıq Federasiyasının və “Qəbələ” Atıcılıq Klubunun vitse-prezidentləri Hafiz Cəfərovla Elvin İsmayılov, eləcədə ölkə çempionu Emin Cəfərov təqdim ediblər.

Həmin kateqoriyadan