“Qəbələ”nin baş məşqçisi: “Hakim səhvləri üzündən çox xallar itirmişik”

Premyer liqanın 20-ci turunun “Kəpəz” – “Qəbələ” oyununda (1:1) hər 2 komandanın futbolçusu qırmızı vərəqə alıb. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Roman Qriqorçuk bu barədə belə deyib:

“Futbolçuların qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədim. Nika Kvekveskirinin mənə dediyinə görə, rəqibin təxribatına cavab verməyib. Əgər belədirsə, o, qırmızı almamalı idi. İstəyimizə gəlincə, təbii ki, çempion olmaq istəyirik. Ancaq görürəm ki, bu bizə asan olmayacaq.

Hakim səhvləri üzündən çox xallar itirmişik. Amma bu vəziyyətdə də çempionluq üçün mümkün olan hər şeyi edəcəyik. Biz bu istəyimizə çatmaq üçün bacarığımızın hamısını ortaya qoyacağıq. Bizə mane olan məqamlar da var ki, bunlara rəğmən hədəfimizə doğru irəliləyəcəyik. Bu gün 2 xal itirsək də, bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”.

Həmin kateqoriyadan