“Qəbələ”nin futbolçusu Xorvatiya millisinə dəvət alıb

“Qəbələ”nin futbolçusu Filip Ozobiç Xorvatiya millisinə çağırılıb. Allsport.az saytı xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi 2017-ci ilin yanvarında yığmasının düşərgəsinə yollanacaq. Baş məşqçi Ante Çaçiç “qırmızı-qaralar”ın heyətində özünü yaxşı tərəfdən göstərən orta sahə oyunçusunu sınamaq qərarına gəlib. O, “China Cup-2017” turnirində çıxış edəcək.

2016-cı ilin yayından “Qəbələ”də çıxış edən Filip Ozobiç Xorvatiyanın U-16, U-17, U-18, U-19, U-20 və U-21 komandalarında oynasa da, əsas millidə  debüt etməyib. Onun ilk matçı “qırmızı-qaralar”ın futbolçusu kimi baş tuta bilər.

Həmin kateqoriyadan