- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

“Qəbələ” cari mövsümünün 2-ci yarısına hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, Türkiyənin Antalya şəhərində təşkil olunan təlim-məşq toplanışının yanvarın 5-dən 17-dək davam edən ilk mərhələsindən sonra 3 günlük istirahətə buraxılan “qırmızı-qaralar”, ayın 21-də yenidən bir araya gəlib.
Komanda hazırlığın 2-ci mərhələsinə 1 məşqlə start verib. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi ilə futbolçular toplu və topsuz çalışmaları yerinə yetiriblər. Zədə səbəbindən bir müddət komanda ilə məşq keçməyən Dion Malone kollektiv məşqlərə qoşulub.