“Qəbələ”nin yarımmüdafiəçisi İstanbulda əməliyyat olunub

“Qəbələ”nin futbolçusu Elvin Camalov Türkiyədə əməliyyat olunub. Allsport.az saytı xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçinin əməliyyatı İstanbulda – “Acıbadəm” Qatıköy Xəstəxanasında baş tutub. Ortoped-travmotoloq doktor Barış Kocaoğlu tərəfindən gerçəkləşdirilən əməliyyat uğurla sona çatıb.

Cərrahın sözünə görə, Camalovun 2,5 ay sonra yaşıl meydanlara dönməsi gözlənilir.  Qeyd edək ki, futbolçu premyer liqanın 18-ci turunda “Zirə” ilə fevralın 12-də keçirilən səfər oyununda (2:2) zədələnmişdi.

Doktor Barış Qocaoğlu tərəfindən baş tutan müayinə zamanı onun sağ ayağında qırıq aşkarlanmış və bu üzdən cərrahi müdaxilə zərurəti üzə çıxmışdı.

Həmin kateqoriyadan