Qələbənin iştirakçısı oldu

Qələbənin iştirakçısı oldu

“Neftçi”nin futbolçusu Sessi Almeydanın formasını geyindiyi Benin yığması Afrika millətlər kubokunda növbəti oyuna çıxıb.

Allsport.az xəbər verir ki, sözügedən komanda II turda Mavritaniya ilə qarşılaşıb.

Görüş beninlilərin qələbəsiylə başa çatıb – 2:1.

Sessi bu görüşdə start heyətdə meydana çıxıb və sona qədər oynayıb. O, yığmanın kapitanıdır.

Benin 2 turdan sonra 4 xalla qrupda liderdir. “F” qrupunda Benin, Burkina Faso, Mavritaniya və Orta Afrika Cümhuriyyəti mübarizə aparır.

Həmin kateqoriyadan