Qərb zonasında boks yarışı

Bu gün boks üzrə kadetlər arasında Qərb zonasının birinciliyinə start verilib.

Allsport.az xəbər verir ki,Cənub, Şimal və Bakı zonasından sonra baş tutan yarışa ev sahibliyini Gəncə edir.

Olimpiya idman kompleksində təşkil olunan birinciliyə Ağstafa, Tovuz, Kəlbəcər, Tərtər, Şəmkir, Mingəçevir, Ağcabədi, Göygöl, Gəncə, Gədəbəy və Goranboy komandaları qatılıblar. 17 çəki dərəcəsində 95 boksçu mübarizəyə qoşulub.

İlk 3 yeri tutacaq idmançılar ölkə birinciliyində iştirak hüququ qazanacaqlar. Yarış 4 gün davam edəcək

Həmin kateqoriyadan