- Baxış sayı: 35
- 22 İyun 2026 15:42
- Baxış sayı: 81
- İyun 26, 2026
- 0

Polşa paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, “A” dərəcəli yarışa Azərbaycan millisi də qatılıb. 23 ölkənin mübarizə apardığı sınaqda Anna Əlimərdanova (57 kq) qızıl, Şəhla Allahverdiyeva (69 kq) gümüş medala qazanıblar.
Yığmamız komanda hesabında 2-ci yeri tutub. Digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüblər.