“Qalatasaray” zədəli Musleraya əvəz tapıb

Türkiyə superliqanın lideri heyəti gücləndirmək üçün çalışmanı davam etdirir. Allsport.az saytı xəbər verir ki, Fernando Musleranın “Trabzonspor” matçda zədələnməsindən sonra, onun əvəzi gündəmə gəlib. Uruqvaylı qapıçı yerinə “Qalatasaray” yeni adı düşünür.

“Sarı-qırmızılılar”ın kapitanı görüşün 85-ci dəqiqəsində zədələnib. İstanbul klubu 0:1 geridə olduğu hesabı sonda 2:1 xeyrinə bitirib. Onun ayağının arxasının sümüklərindən birində qanaxma və qismən çökmə aşkarlanıb.

Bundan dərhal sonra qapıçı axtarışları başlayıb. Gündəmə gələn ilk ad “Barselona”lı İnaki Pena olub. İspaniyalı qolkiper ötən mövsümün 2-ci yarısını icarə əsasında “Qalatasaray”da keçirib. 23 yaşlı futbolçu bacarığı ilə diqqət çəkib.

Həmin kateqoriyadan