- Baxış sayı: 51
- 08 Noyabr 2026 23:01
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Qarabağ” Antalyada qış təlim-məşq toplanışını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “köhlən atlar” bir günlük istirahətin ardından məşqləri bərpa edib.
Komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb.
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib. Günün 2-ci məşqi bizim vaxtla saat 18:00-da olub.