“Qarabağ” Antalyada 4 yoxlama oyunu keçirəcək

Ölkə kubokunun 1/4 final mərhələsində “Sumqayıt”la oyundan sonra “Qarabağ”ın futbolçuları istirahətə buraxılıb. Allsport.az saytı xəbər verir ki, komanda Premyer liqanın 3-cü dövrəsinin hazırlığına Antalyada start verəcək. Yanvarın 5-də səfərə yollanacaq Azərbaycan çempionu “IC Santaı” mehmanxanasında məskunlaşacaq. “Qarabağ” bu müddətdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Sınaq matşlarının proqramı belədir (Görüşlərin saatı Azərbaycan vaxtı ilə göstərilib):

15 yanvar, 2017

19:30  “Qarabağ” – “Aşqabad” (Türkmənistan)

18 yanvar 

19:30 “Qarabağ” – “Styaua” (Buxarest)

22 yanvar 

17:30  “Qarabağ” – “Atırau” (Qazaxıstan)
19:30  “Qarabağ” – “Termalitse” (Polşa)

 

Həmin kateqoriyadan