- Baxış sayı: 40
- 22 İyun 2026 23:07
- Baxış sayı: 42
- İyun 22, 2026
- 0

Bu gün Topaz premyer liqasında 24-cü tura yekun vurulub. Allsport.az saytı xəbər verir ki, son oyun günündə öncə “Səbail” paytaxtda “Kəpəz”lə üz-üzə gəlib. Tərəflər hərəyə 1 qol vurub 1 xalla kifayətləniblər.
“Qəbələ” bir neçə gün əvvəl kubokun yarımfinalında mübarizədən kənarlaşdırdığı “Neftçi”nin qonağı olub. Hesabı ev sahibləri açıblar. Oyunun 63-cü dəqiqəsində Tərlan Əhmədovun komandası azlıqda qalıb. Buna baxmayaraq, diqqətlə müdafiə olunan “ağ-qaralar” üstünlüyü sonadək qoruyub (1:0).
Eyni hesabla “Qarabağ” Sumqayıtda eyni adlı klubu məyus edərək, ardıcıl 5-ci, ümumən 6-cı çempionluğunu bayram edib.