“Qarabağ Azərbaycandır!” – İki türk dövləti boks yığmasından qardaşlıq ismarıcı

Kişi boksçulardan ibarət millimiz Türkiyəyə yollanıb. Allsport.az saytı xəbər verir ki, Umberto Orta Dominqesin komandası olimpiya ələmələri üçün toplanışı Kastamonuda keçir.

Məşqçilər heyəti 15 boksçunu yoxlayır. Noyabrın 16-da bitəcək hazırlıq Türkiyə və Rumıniya yığmaları ilə birgə təşkil olunur. 2 qardaş ölkə ilk məşqdən öncə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi əraziləri azad etmək üçün əks-hücuma keçən Azərbaycan ordusuna dəstək nümayiş etdiriblər.

Hər iki ölkənin bayrağı ilə rinq önünə keçən komandalar “Qarabağ Azərbaycandır” səsləndirərək, hazırlığa başlayıblar. Onlar böyük qələbənin qeyd olunacağı günü səbirsizliklə gözlədiklərini vurğulayıblar. Boksçular şəhidlərimizin ruhuna ehtiramlarını bildirib, yaralı əsgərlərimizə şəfa diləyiblər. 

Tokio-2020-yə bizdən hələlik Tayfur Əliyev (57 kq) vəsiqə qazanıb.

Həmin kateqoriyadan