“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı

Bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Allsport.az saytı xəbər verir ki, ölkəmizin bu yarışda təmsilçisi “Qarabağ” evdə Çex Respublikasının “Viktoriya” klubunu qəbu edib. Səfərdə ilk görüşdə qolsuz heç-heçəyə razılaşan “atlılar” cavab qarşılaşmasında mütləq qələbə qazanmalı idi. Çünki istənilən qollu heç-heçə rəqibin mərhələ adlamasına şərait yaradırdı.

“Qarabağ” yalnız qolsuz heç-heçə sayəsində oyunu penaltilərə daşıyıb, bu yolla uğura ümid edə bilərdi. Matç komandamız üçün yaxşı başlayıb. İlk yarıda qol da vuran ölkə çempionu, oyunun sonlarına yaxın bir neçə dəfə də hesabı artırmağa yaxın olub. Amma gözəl fürsətləri dəyərləndirməyincə, çex 83-dü dəqiqədə qol vuraraq, mərhələ  adlayıb. İndi komandamız mübarizəni Avroliqanın pley-ofunda davam etdirəcək.

 

Həmin kateqoriyadan